Sosial şəbəkələrdə AXCP-nin fəalları iyulun 15-nə keçən gecə Milli Məclisin önündə törədilmiş təxribatın istintaq araşdırması zamanı bu partiyanın bir neçə üzvünün saxlanılmasını fərqli şəkildə təqdim etməyə, onların gunahsızlığı barədə yalançı rəy yaratmağa çalışırlar.
 
REAL 15 iyul təxribatında, Milli Məclisin binasının zəbt olunmasında iştirak etmiş AXCP üzvləri ilə bağlı araşdırmalar aparır.
 
Budur, AXCP sədrinin müşaviri Asif Yusifli və Ramid Nağıyevin görüntüləri:
 
Halbuki, Asif Yusiflinin vəkili iddia edirdi ki, onun parlamentin qarşısında baş verənlərdə iştirakı ilə bağlı hər hansı ilkin sübutlar yoxdur. Bəs bunlar sübut deyilmi?
 
Daha bir sübutu təqdim edirik. AXCP fəalı Şəmsi Kəsəmənli özü etiraf edir ki, Asif Yusifli onu və digərlərini Milli Məclisin binasını zəbt etməyə təhrik edib, dövlət çevrilişi planlarını bölüşüb.
 
Yaxud, AXC-Müsavat hakimiyyəti dövründə Naxçıvan Muxtar Respublikası Daxili işlər nazirinin müavini vəzifəsini tutmuş Səyavuş Mustafayev. O, hələ Naxçıvanda vəzifədə olduğu dövrdə Muxtar Respublikada qarışıqlıq yaratmağa, daxili işlər naziri vəzifəsini ələ keçirməyə çalışmışdı. Bu dəfə isə o Milli Məclisin binasına hücuma, faktiki olaraq, dövlət çevrilişinə cəhdə görə saxlanılıb.
 
Qeyd edək ki, iyulun 14-də Bakıda orduya və Ali Baş Komandana dəstək aksiyası keçirilib. İyulun 15-nə keçən gecə isə bir qrup təxribatçı xoşməramlı aksiyada təxribat törədib, Milli Məclisin binası zəbt edilib, polis avtomobilləri aşırılıb, polis əməkdaşlarına xəsarət yetirilib.


Baxış sayı: 2820 | Tarix: 23.07.2020
Bizi Telegramda izləyin: @repostaz