"Ramiz Mehdiyev istefa verməlidir".
 
RePost.Az-ın məlumatına görə, bu fikri millət vəkili Etibar Əliyev sosial media hesabında bildirib. 
 
“Ramiz Mehdiyev pandemiya dövründə ölkənin karantin rejimi qaydalarını kobud surətdə pozduğuna görə AMEA-nın prezidenti vəzifəsindən dərhal istefa verməlidir. Bu hərəkət bütün AMEA əməkdaşları və digər vətəndaşlar üçün çox pis örnək və dövlətin qanunlarına birbaşa sayğısızlıqdır”, - deyə millət vəkili əlavə edib.
 
Xatırladaq ki, Ramiz Mehdiyev avqustun 18-də karantin qaydalarını pozaraq bağ evində nəvəsinə toy məclisi təşkil edib.
 

Baxış sayı: 2402 | Tarix: 21.08.2020
Bizi Telegramda izləyin: @repostaz