Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasında (YAP) daha bir vəzifəsini itirib.
 
RePost.Az xəbər verir ki, bu barədə virtualaz.org-a partiyadakı mənbədən məlumat verilib.
 
Bildirilib ki, yaxın günlərədək S.Novruzov partiyanın Təşkilat şöbəsinin müdiri olub: “O, vəzifəsindən azad edilib, həmin vəzifəyə YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov təyin olunub”.
 
Qeyd edək ki, avqustun 25-də Siyavuş Novruzov partiyanın İcra katibinin müavini postundan azad edilmişdi.

Baxış sayı: 2554 | Tarix: 15.09.2020
Bizi Telegramda izləyin: @repostaz