Azərbaycanın daha bir neçə ərazisi işğaldan azad edilib. 
 
RePost.Az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Twitter hesabında paylaşım edib. 
 
"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" - deyə prezidentin tvitində qeyd edilib. 

Baxış sayı: 2402 | Tarix: 14.10.2020
Bizi Telegramda izləyin: @repostaz