“Hazırda əməliyyat bölgəsində əməliyyat şəraiti tam olaraq bölmələrimizin nəzarəti altındadır”.
 
RePost.Az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.
 
A.Eyvazov deyib ki, Ali Baş Komandanın göstərmiş olduğu qətiyyətli mövqe ordumuzun hərbi qulluqçularında, xüsusilə əsgərlərimizdə böyük ruh yüksəkliyi yaradıb:
 
“Hərbi qulluqçularımızın mənəvi-psixoloji vəziyyəti, ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Azərbaycan ordusu düşmənin istənilən təxribatının qarşısını almağa, Ali Baş Komandan tərəfindən qarşıya qoyulan istənilən döyüş tapşırığını vaxtında və tam olaraq icra etməyə hazırdır”.

Baxış sayı: 3751 | Tarix: 18.10.2020
Bizi Telegramda izləyin: @repostaz