Azərbaycan Prezidenti İlham Əliyev Bərdədə erməni terroru nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib. 

RePost.Az xəbər verir ki, bununla bağlı Prezident Tvitter hesabında paylaşım edib. O, Azərbaycan vətəndaşlarını əmin edib ki, Bərdənin qisası alınacaq.

"Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək", - deyə Prezident vurğulayıb.


Baxış sayı: 2098 | Tarix: 28.10.2020
Bizi Telegramda izləyin: @repostaz