Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 4-də ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən RePost.Az-a verilən xəbərə görə, əvvəlcə şimal və şərq bölgələrində, noyabrın 5-i axşamdan 7-si gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
 
Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Baxış sayı: 2250 | Tarix: 03.11.2020
Bizi Telegramda izləyin: @repostaz