Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.
 
RePost.Az-ın xəbərinə görə, polis general-mayoru Mirqafar Seyidov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə vəzifəsindən azad edilib.
 
Nazirin digər əmri ilə Mirqafar Seyidov Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.
 
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası idarənin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Teymur Hacıyevə tapşırılıb.

Baxış sayı: 2117 | Tarix: 14.11.2020
Bizi Telegramda izləyin: @repostaz