Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın "Qazprom" şirkətinin xalis zərəri itkisi ötənilki 434,937 mlrd. rubl (5,626 mlrd. ABŞ dolları) mənfəətə qarşı 592,149 mlrd. rubl (7,660 mlrd. dollar) təşkil edib.
 
RePost.Az-ın məlumatına görə, bu barədə şirkətin maiyyə hesabatında deyilir.
 
Qeyd olunur ki, "Qazprom"un gəlirləri 21,3% azalaraq 2,744 trln. rubla (35,5 mlrd. dollar) bərabər olub.
 
Hesabat dövründə şirkətin ümumi mənfəəti 39,8% azalaraq 917,459 mlrd. rubla (11,868 mlrd. dollar) enib. Digər təşkilatlarda iştirakdan əldə edilən gəlirlər isə 23,3% azalaraq 228,7 mlrd. rubl (2,958 mlrd. dollar) təşkil edib. Satışdan gələn zərər ötənilki 477,06 mlrd. rubl (6,171 mlrd. dollar) mənfəətə qarşı 180,6 mlrd. rubl (2,336 mlrd. dollar) olub. Satışların dəyəri 7% azalaraq 1,826 trln. rubl (23,621 mlrd. dollar) təşkil edib. Şirkətin kommersiya xərcləri 4,8% artaraq 1,025 trln. rubla (13,259 mlrd. dollar) bərabər olub, inzibati xərcləri isə 6% artaraq 73,014 mlrd. rubla (944,5 mln. dollar) çatıb.
 
"Qazprom"un uzunmüddətli öhdəlikləri sentyabr ayının sonunda illik ifadədə 28% artaraq 3,2 trln. rubla (41,395 mlrd. dollar), qısamüddətli öhdəlikləri isə 3,6% azalaraq 2,003 trln. rubla (25,910 mlrd. dollar) bərabər olub.

Baxış sayı: 3295 | Tarix: 14.11.2020
Bizi Telegramda izləyin: @repostaz