Səbail Rayon Məhkəməsində iyulun 14-dən 15-nə keçən gecə “Qarabağa azadlıq!” şüarı ilə keçirilən aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olmaqda təqsirləndirilən şəxslərin bəziləri barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün verilən vəsatətə baxılıb.
 
RePost.Az xəbər verir ki, proses hakim Ağamalı Qafarovun sədrliyi ilə keçirilib.
 
Qərara əsasən, təqsirləndirilən şəxslərdən 36 nəfərindən 21 nəfər barədə həbs olmayan qətimkan tədbiri seçilib və onlar ev dustaqlığına buraxılıblar.
 
Onların sırasında Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvləri - Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli də var.

Baxış sayı: 2326 | Tarix: 16.11.2020
Bizi Telegramda izləyin: @repostaz