Türkiyə Azərbaycana yeni səfir təyin edib.
 
RePost.Az-ın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib.
 
Nazir Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə 2013-2017-ci ilərdə Türkiyənin Qətərdə səfiri olmuş Ahmet Demirokun təyin olunduğunu bəyan edib.
 
A. Demirok 1970-ci il avqustun 21-də Türkiyənin Konya şəhərində anadan olub.
 
Onu da qeyd edək ki, hazırkı səfir Erkan Özoralın Azərbaycandakı diplomatik fəaliyyət müddəti başa çatır.

Baxış sayı: 2896 | Tarix: 08.12.2020
Bizi Telegramda izləyin: @repostaz