Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb.
 
RePost.Az-ın məlumatına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib:
 
Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra)
 
Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra)
 
Hüseynov İbad Mövsüm oğlu – ehtiyatda olan baş çavuş.

Baxış sayı: 2706 | Tarix: 09.12.2020
Bizi Telegramda izləyin: @repostaz