"Vətən müharibəsində iştirak etmiş və hazırda xidmətini davam etdirən bəzi hərbçilərə aylıq 360 manat veriləcək".
 
RePost.Az xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı bildirib.  
 
"Söhbət sentyabrın 27-dən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılmış və könüllü cəbhəyə getmiş şəxslərdən gedir. Sözügedən hərbçilərə hər ay üçün (oktyabr, noyabr, dekabr ayları üçün-red) 360 manat ödəniləcək. Yəni hər bir hərbçi 3 ay üçün 1080 manat alacaq. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Maliyyə Nazirliyi tərəfindən bu məqsədlə 50 milyon manat ayrılıb. Dekabrdan sonra da hərbi xidmətini davam etdirən hərbçilərə hər ay üçün 360 manatın ödənilməsi davam etdriləcək", - deyə millət vəkili əlavə edib.

Baxış sayı: 3105 | Tarix: 23.12.2020
Bizi Telegramda izləyin: @repostaz