Erməni qoşunları nəzarət etdikləri ərazinin KTMT-nin məsuliyyət zonası ilə üst-üstə düşməsi üçün "Sovet Ermənistanının sərhədinə çəkildi".
 
RePost.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
 
O, azərbaycanlıların Ermənistan Respublikası ərazisinə girmədiklərini, yalnız sərhədlərinə yaxınlaşdıqlarını bildirib.
 
Paşinyan müsahibə zamanı, həmçinin qeyd edib ki, erməni qoşunları Laçın rayonunun kiçik hissələrini, Zəngilan və Qubadlı rayonlarının bir hissəsini əlində saxlayırdı. Paşinyan etiraf edib ki, bu ərazilər saxlanılmağa davam ediləcəkdisə, "Ermənistanın xarici bir ərazini işğal etdiyi sualı ortaya çıxa bilərdi" və müharibə Ermənistanın öz ərazisinə keçə bilərdi.

Baxış sayı: 3162 | Tarix: 28.12.2020
Bizi Telegramda izləyin: @repostaz