“Azərbaycanda Türkiyənin  mövcudluğu ölkələrimiz arasındakı qardaşlığı göstərən qürur nişanəsidir”.
 
 RePost.Az-ın xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda  olan Rusiya-Türkiyə Birgə Mərkəzində atəşkəsə nəzarət edəcək türk hərbçilərinə mesaj ünvanlayarkən bu fikirləri bildirib.
 
Birgə mərkəzin tezliklə fəaliyyətə keçməsini arzulayan Türkiyə Prezidenti rəsmi İrəvana xəbərdarlıq da edib: “Atəşkəsi pozan Ermənistan qüvvələrinə tezliklə yanlış yoldan dönmələrini tövsiyə edirəm”.
 
Qeyd ed’k ki, Türkiyə Müdafiə naziri Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin (TSK) Baş Qərargah Rəsisi Yaşar Gülər, digər hərbi qüvvələr komandirləri və Qarabağda Rusiya-Türkiyə Birgə Mərkəzində atəşkəsə nəzarət edəcək türk hərbçiləri ilə birgə Azərbaycana səfər ediblər.

Baxış sayı: 3808 | Tarix: 31.12.2020
Bizi Telegramda izləyin: @repostaz