ABŞ-da təxminən son 70 ildə ilk qadın məhbus edam olunub.
 
APA-nın “New-York Times”a istinadən verdiyi xəbərə görə, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. 
 
“52 yaşlı Liza Montqomeri 2007-ci ildə federal jüri tərəfindən yekdilliklə tövsiyə olunan və Missuri məhkəməsi tərəfindən təsdiqlənən ölüm hökmünə əsasən Terre Haut cəzaçəkmə müəssisəsində edam olunub”, - deyə Ədliyyə Nazirliyindən bildirilib.
 
O, 1953-cü ildən bəri ABŞ-da federal səlahiyyətlilər tərəfindən edam edilən ilk qadındır. 
 
Qeyd edək ki, Liza Montqomeri 2004-cü ildə 23 yaşlı qadını qətlə yetirib.

Baxış sayı: 3352 | Tarix: 13.01.2021
Bizi Telegramda izləyin: @repostaz