Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
 
RePost.Az-ın xəbərinə görə, Kremlin yaydığı məlumatda bildirilir ki, Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli göüşü barədə Ərdoğanı məlumatlandırıb.
 
Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Rusiyaya dəstəyini ifadə edib, bu məsələyə dair fəaliyyətdə, o cümlədən regionun iqtisadi inkişafı və qarşılıqlı səmərəli layihələrin irəliləməsi baxımından Rusiya və Türkiyə arasında koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib.
 
Həmçinin dövlət başçıları Qarabağda atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə ediblər.
 
Məlumatda qeyd olunur ki, telefon söhbətində Qarabağda atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşmasının bəzi aspektlərinə xüsusi olaraq toxunulub.
 
Liderlər qarşılıqlı ticarət əlaqələrinin artırılması, mühüm istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, həmçinin vaksinin birgə istehsalı və tətbiq olunması planlarının icrası da daxil olmaqla, koronavirus pandemiyası ilə mübarizə məsələlərini də müzakirə ediblər.

Baxış sayı: 3447 | Tarix: 13.01.2021
Bizi Telegramda izləyin: @repostaz