İranın Saravan şəhərində terror aktı törədilib.
 
RePost.Az-ın xəbərinə görə, bu barədə “Tasnim” agentliyi İran İslam İnqilabını Mühafizə Korpusuna istinadən məlumat yayıb.
 
Yerli vaxtla səhər saat 09.30 radələrində şəhər meydanında törədilən partlayış nəticəsində 1 nəfər ölüb, biri qadın olmaqla, 3 nəfər yaralanıb.

Baxış sayı: 3200 | Tarix: 21.03.2021
Bizi Telegramda izləyin: @repostaz