Milli Şuranın sədri Cəmil Həsənlinin qızının videosu ilə ən yüksək səviyyədə araşdırma aparılır. Bu barədə lazımi qurumlaratapşırıqlar verilib.
RePost.Az xəbər verir ki, bu barədə məlum qalmaqalla bağlı  Prezident Admnistrasiyasının açıqlamasında bildirlir.
“Bu cinayətdə hər hansı dövlət orqanının iştirakından qəti şəkildə söz gedə bilməz, əksinə, bu hadisə dövlətə və iqtidara qarşı, xüsusən müxalifət-iqtidar münasibətlərinin normallaşması və tam əhatəli siyasi dialoq kursuna qarşı genişmiqyaslı təxribat hesab edilır. Bu təxribatın üstünün açılması üçün ən yüksək səviyyədə tapşırıq verilib. Və ən tez bir zamanda təqsirkarlar aşkarlanaraq, bu barədə ictimaiyyətə məlumat veriləcək", - deyə açıqlamada qeyd edilir.

Baxış sayı: 3048 | Tarix: 31.03.2021
Bizi Telegramda izləyin: @repostaz