Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icmasının üzvlərinin işğaldan azad edilən Xocavənd rayonuna səfərinə start verilib.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə həyata keçirilir.
 
Dini icma üzvləri Tuğdakı qədim alban məbədini ziyarət edəcəklər.
 
Səfər iştirakçıları alban məbədində 30 ildən sonra ilk dəfə Pasxa bayramı münasibəti dini ayin icra edəcək.

Baxış sayı: 2896 | Tarix: 17.04.2021
Bizi Telegramda izləyin: @repostaz