Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalq artisti, rejissor Eldar Quliyevin dəfn mərasiminə əklil göndərib.
 
RePost.Az-ın məlumatına görə, əklillər vəsiyyətinə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşı Anjela Quliyevanın yanında dəfn edilən rejissorun məzarı önünə qoyulub.
 
Qeyd edək ki, E.Quliyev uzun sürən xəstəlikdən sonra aprelin 16-da vəfat edib.

Baxış sayı: 2630 | Tarix: 18.04.2021
Bizi Telegramda izləyin: @repostaz