Bu gün bir qrup valideyn Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.  
 
RePost.Az-ın məlumatına görə, onların etirazına səbəb övladlarının məlumatlarının “Şagird-məzun” elektron sisteminə daxil edilməməsi səbəbindən həmin şagirdlərin buraxılış imtahanına buraxılmaması olub.
 
Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, Yeni Qala qəsəbəsində yerləşən Xəzər rayonu, 323 nömrəli tam orta məktəbin bir qrup valideyni  19 aprel tarixində Təhsil Nazirliyin məsul şəxsləri tərəfindən qəbul edilib: "Həmin şagirdlərin "Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi təmin olunub. Qeyd olunan şagirdlər DİM tərəfindən təşkil olunacaq buraxılış imtahanlarında iştirak edə biləcəklər.
 
Məsələnin həllinə operativ yanaşmadığına görə məktəb rəhbərliyi haqqında müvafiq ölçü götürüləcək".
 

Baxış sayı: 3029 | Tarix: 19.04.2021
Bizi Telegramda izləyin: @repostaz