Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
 
RePost.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
 
Qeyd edək ki, R.Həsənov 1961-ci ildə avqustun 20-də Gürcüstanın Marneuli şəhərində anadan olub. 1983-cü ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1984-1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb.
 
1990-1992-ci illərdə Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında işləyib. 1993-1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifələrdə çalışıb. 1997-2004-cu illərdə "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olub. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub.
 
2005-2008-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru, 2008-2018-ci illərdə isə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. 2018-ci ilin mayından indiyədək xarici işlər nazirinin müavini idi. İngilis və rus dillərini bilir.

Baxış sayı: 2611 | Tarix: 19.04.2021
Bizi Telegramda izləyin: @repostaz