Şəhid general Polad Həşimovun ailəsi İranın Qasım Süleymani medalından imtina edib.
 
RePost.Az xəbər verir ki, bu barədə şəhid generalın anası açıqlama verib. O bəyan edib ki, Ocaqnejadın və İran səfirinin onlara təqdim etdiyi medaldan imtina ediblər.
 
"İranın Poladın adına verdiyi medal bizə lazım deyil. Oğlumun adından istifadə etməsinlər. Aidiyyatı qurumlardan da lövhəni geri qaytarmaq üçün bizə kömək etmələrini tələb edirəm"-deyə, Səmayə Həşimova əlavə edib.
 
Xatırladaq ki, İran səfirliyinin şəhid generalın ailəsini ziyarəti və onlara Azərbaycanın bütövlüyü uğrunda şəhid olan Polad Həşimovun xarici ölkələrdə İranın törətdiyi terror aksiyalarına rəhbərlik edən, hətta birinci Qarabağ savaşında açıq-aşkar Ermənistana dəstək verən Qasım Süleymani ilə müqayisə edilməsi narazılıqla qarşılanmışdı.

Baxış sayı: 2668 | Tarix: 04.05.2021
Bizi Telegramda izləyin: @repostaz