Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
 
"APA-Economics"in mə lumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,03 ABŞ dolları və ya 1,5% artaraq 69,59 dollar təşkil edib.
 
Xatırladaq ki, Bu ilin aprel ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 64,83 ABŞ dollarına bərabər olub ki, bu da mart ayının orta qiyməti ilə müqayisədə 2,42 dollar və ya 3,6% azdır. Aprel ayında ən yüksək göstərici (aprelin 29-u) – 67,71 dollar təşkil edib, ən minimal göstərici isə (aprelin 7-si) 61,63 dollar səviyyəsində olub. Ötən ay ərzində Azərbaycan neftinin qiyməti 6,4% və ya 4,02 dollar artıb.

Baxış sayı: 3447 | Tarix: 06.05.2021
Bizi Telegramda izləyin: @repostaz