Bakıda bir qrup şəxs tərəfindən aksiya keçirilməsinə cəhdin qarşısı alınıb.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən RePost.Az-a verilən xəbərə görə, Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.
 
Cəhdin qarşısı polis tərəfindən dərhal alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıb.
 
Saxlanılan yoxdur.

Baxış sayı: 2896 | Tarix: 07.05.2021
Bizi Telegramda izləyin: @repostaz