Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım ölkəmizdə səfərdədir.
 
RePost.Az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Twitter” hesabında paylaşım edib.
 
“Bu gün ziyarətimizə gələn TBMM Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, İstanbul millət vəkilimiz Şamil Ayrım bəyə təşəkkür edirəm. Faydalı bir söhbət oldu”, - deyə səfir bildirib.
 

Baxış sayı: 3295 | Tarix: 17.05.2021
Bizi Telegramda izləyin: @repostaz