Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
RePost.Az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil maşın bazarının yaxınlığında yolu keçən 1996-cı il təvəllüdlü Qurbanova Xəyalə Yasin qızını vuraraq, ağır xəsarət yetirib. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
 
Həkimlərin səyinə baxmayaraq, X.Qurbanovanın həyatını xilas etmək mümkün olmayıb.
 
Hadisənin təfərrüatı araşdırılır.

Baxış sayı: 3333 | Tarix: 13.06.2021
Bizi Telegramda izləyin: @repostaz