Prezident İlham Əliyev "İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb.
 
RePost.Az-ın xəbərinə görə, sərəncamda deyilir:
 
"Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş aşağıdakı şəxslər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin:
 
Abışov Sirac Abış oğlu
 
Əliyev Arif Ağalar oğlu
 
İbrahimov Məhərrəm Əli oğlu".

Baxış sayı: 3048 | Tarix: 14.06.2021
Bizi Telegramda izləyin: @repostaz