Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
 
RePost.Az-ın xəbərinə görə, sərəncama əsasən, cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsində, hərbi vəziyyət rejiminin təmininə yönəlmiş tədbirlərin həyata keçirilməsində, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:
 
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
 
Kərimov Oqtay Əsgər oğlu – polis general-mayoru
 
“Vətən uğrunda” medalı ilə
 
Abdullayev Zaur Natiq oğlu – polis general-mayoru
 
Kərimov Orduxan Alqayıt oğlu – istefada olan polis polkovniki
 
Mahmudov Toğrul Ramiz oğlu – polis polkovniki
 
Mehdiyev Fərhad Süleyman oğlu – polis polkovniki
 
Məmmədov Xəqani Seyfulla oğlu – polis polkovniki
 
Məmmədov Mahir Əli oğlu – polis polkovniki
 
Məmmədov Müzəffər Qəzənfər oğlu – polis polkovniki
 
Mirhuseynov Xəyyam Cahangir oğlu – polis polkovniki
 
Nəbiyev Zaur Əli oğlu – polis polkovniki
 
Abdullayev Şahid Mürsəl oğlu – polis polkovnik-leytenantı
 
Heydərov Arzu Afət oğlu – polis polkovnik-leytenantı
 
Quliyev Yelmar Məhər oğlu – polis polkovnik-leytenantı
 
Qurbanov Rəhman Niyazi oğlu – polis polkovnik-leytenantı
 
Məmmədov Məmmədəli Həsən oğlu – polis polkovnik-leytenantı
 
Məmmədov Rüfət Nizami oğlu – polis mayoru
 
Behbudov Murad Arif oğlu – polis kapitanı
 
Əliyev Mübariz Vəzir oğlu – polis baş serjantı
 
“İgidliyə görə” medalı ilə
 
Məhərrəmov Səməd Akif oğlu – polis polkovniki
 
Hacıyev Namiq Fərrux oğlu – polis polkovnik-leytenantı
 
Salahov Faiq Fərman oğlu – polis polkovnik-leytenantı
 
Əliyev Mahir Boran oğlu – polis mayoru
 
Əliyev Səməndər Əziz oğlu – polis mayoru
 
Məmiyev Razi Aftandil oğlu – polis leytenantı
 
Məmmədov Mahir Tahir oğlu – polis baş serjantı
 
Xudiyev Vüqar Yusif oğlu – istefada olan polis baş serjantı.

Baxış sayı: 2725 | Tarix: 02.07.2021
Bizi Telegramda izləyin: @repostaz