Bünyad Səməd oğlu Hüseynov Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

RePost.Az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
 
Dövlət başçısının digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Ə. Əlizadə eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi təyin olunub.

Baxış sayı: 3181 | Tarix: 07.08.2021
Bizi Telegramda izləyin: @repostaz