"Hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur"
 
Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 28 iyul 2021-cu il tarixli Sərəncamı ilə İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub.
 
Azərbaycan XİN-dən RePost.Az-a daxil olan məlumata görə, təyinatından sonra səfir hələ ki, Əfqanıstana getməyib:
 
"Əfqanıstandakı azərbaycanlı vətəndaşlara gəldikdə, hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur. Sülhməramlılarımız isə öz fəaliyyətini davam etdirir".

Baxış sayı: 3504 | Tarix: 16.08.2021
Bizi Telegramda izləyin: @repostaz