27 Sentyabr - Anım günü Kəlbəcər rayonunun Xudavəng məbədində qeyd olunub.
 
APA-nın məlumatına görə, Alban-udin xristian icmasının sədr müavini, Xudavəng monastırının vaizi Rafik Danakarinin rəhbərliyi ilə şəhidlərin əziz xatirəsi yad edilib, ruhuna dualar oxunub.
 
Qeyd edək ki, Anım Günü münasibətilə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur.

Baxış sayı: 4131 | Tarix: 27.09.2021
Bizi Telegramda izləyin: @repostaz