Tanınmış müğənni Səyyad Əlizadə vəfat edib.
 
RePost.Az  xəbər verir ki, bu barədə onun qohumu Razim Qarayev məlumat verib.
 
Qeyd edək ki, sənətçi bir müddət əvvəl koronavirusa yoluxduğu üçün Mərkəzi Gömrük Hospitalında müalicə alırdı.
 
“Səyyad bəyin cənazəsi yaxın vaxtlarda təhvil veriləcək. Vəsiyyətinə əsasən Füzuli rayonunda ata və anasının qəbirləri yanında dəfn olunacaq”, - Razim Qarayev əlavə edib.
 
Səyyad Əlizadə 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 19 yaşında Azərbaycan Dövlət Televiziyasında "Xoş gördük, tələbə" verilişində çıxış edib. Tələbəlik illərində İslam Rzayevin "Araz" ansamblında çalışıb. 1988-ci ildə Azərbaycan İncəsənət İnstitutunun nəzdindəki Bakı Xalq İncəsənət Universitetinə daxil olub və 1990-cı ildə vokal ixtisası üzrə iki illik kursu bitirib. S.Əlizadə 1987-ci ildə ilk "Təbrizim" albomu buraxıb. 1990-cı il hadisələrindən təsirlənən müğənni "Azərbaycanım" adlı ikinci albomunu buraxıb. Son dövrdə "Bəyaz gecələr" Yaradıcılıq Mərkəzinə və "Bəyaz gecələr" MMC-yə rəhbərlik edirdi.
 
 
 
 

Baxış sayı: 3162 | Tarix: 01.10.2021
Bizi Telegramda izləyin: @repostaz