İran İslam Respublikasının rəhbərliyi Azərbaycan sərhədlərinin yaxınlığında keçirilən "Heybər fatehləri" təlimlərinə texnika və şəxsi heyət yollamağa davam edir.
 
RePost.Az hazırda İranın şimalında, sərhədlərimizin yanında olan birliklərin siyahısını təqdim edir:
 
1. Qəzvindəki 16-cı zirehli-tank diviziyasının 116-cı və 261-ci briqadaları
2. Təbrizdəki 21-ci piyada diviziyası
3. SEPAH-ın 31-ci "Aşura" diviziyası
4. Urmiyədəki 64-cü diviziyasının 164-cü piyada briqadası
5. 65-ci xüsusi təyinatlı hava-desant briqadasının alayı
 
Ölkəmizlə sərhədin yanındakı aerodromlarda hazırda olan aviasiya:
 
1. Su-24, F-14 "Tomcat" və F-4E "Phantom" qırıcıları ilə bombardmançıları
2. İl-76 və C-130 "Hercules" hərbi-nəqliyyat təyyarələri
3. AH-1 "Cobra" və "CH-47 Chinook" zərbə helikopterləri
 
Bundan başqa, effektiv atış məsafəsi 70 km olan "Fəcr-5" və "Fəcr-5C" reaktiv artilleriya qurğuları, atış məsafələri 700 kilometrədək çatan "Fateh-313" və "Zülfiqar" ballistik raket qurğuları da təlimlərin keçirildiyi məkanlara gətirilib.

Baxış sayı: 3276 | Tarix: 02.10.2021
Bizi Telegramda izləyin: @repostaz