İran İslam Respublikasının ali rəhbəri Əli Xamneyinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejad Bakıdakı ofisi bağlanıb. 
 
Bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb.
 
Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov RePost.Az-a bildirib ki, təhlillər nəticəsində müəyyən edilib ki, şəhərin bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb: 
 
“Həmin yerlərdən də birinin Hüseyniyyə məscidi olduğu məlum olub. Buna görə də həmin yerlər, o cümlədən də məscidin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”. 

Baxış sayı: 3352 | Tarix: 05.10.2021
Bizi Telegramda izləyin: @repostaz