Naxçıvanda Türkiyə və Azərbaycan hərbçilərinin “Sarsılmaz Qardaşlıq-2021” birgə təliminin növbəti məşqləri keçirilib.
 
RePost.Az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) rəsmi "Twitter" hesabında bildirilib.
 
“Türkiyə 3-cü Ordu Komandanlığı və Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanlığı hərbçilərinin iştirakı ilə keçiriləcək “Sarsılmaz Qardaşlıq-2021” təliminin məşqləri uğurla icra olunub”, - qeyd olunub.
 
Xatırladaq ki, “Sarsılmaz Qardaşlıq-2021” təlimi oktyabrın 8-nə qədər davam edəcək.

Baxış sayı: 3143 | Tarix: 05.10.2021
Bizi Telegramda izləyin: @repostaz