Amerikalı siyasi şərhçi Tvitter hesabında İlham Əliyevin İsrailin “Harop” kamikadze dronu ilə çəkdirdiyi fotoşəkili yerləşdirərək, bunu "İrana düzgün cavab" adlandırıb.
 
RePost.Az xəbər verir ki, amerikalı politoloq Maykl Doran Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl şəhərinə səfəri zamanı sərhəd qoşunlarının yeni bazasında İsrail istehsalı olan “Harop” pilotsuz təyyarəsi ilə çəkdirdiyi fotonu "İrana düzgün cavab" kimi dəyərləndirib və Amerika prezidenti Co Baydenə bir nümunə adlandırıb.
 
Maykl öz Tvitter səhifəsində Azərbaycan Prezidentinin fotosunu paylaşaraq bunları yazıb: “Niyə mən Azərbaycanı sevirəm? İran bu ölkəni öz qüvvələrini sərhəddə yerləşdirməklə və hərbi müttəfiqi İsraillə əlaqələri kəsmək tələbi ilə hədələyir. Azərbaycan Prezidenti isə buna İsrail istehsalı olan dronla şəkil çəkdirməklə cavab verur. İrana düzgün cavab bax belə verilir. Bu görüntüdə Baydenin komandası və ordusu üçün dərs var”.
 

Baxış sayı: 3048 | Tarix: 10.10.2021
Bizi Telegramda izləyin: @repostaz