Azərbaycan Dövlət Pedaqoji Universitetinin iki fakültəsində koronavirus aşkarlanıb. Bu barədə APA-ya Universitetin mətbuat katibi Cavid Hüseynov bildirib.
 
Onun sözlərinə görə, Fizika və riyaziyyat fakültəsində 1, incəsənət və fiziki tərbiyə fakültəsində isə 1 qrup koronavirus aşkarlandığına görə distant təhsilə keçib.

Baxış sayı: 5043 | Tarix: 14.10.2021
Bizi Telegramda izləyin: @repostaz