İmişli rayonunda atalığı tərəfindan zorlandığı deyilən azyaşlı qızın danışması ilə bağlı görüntülər yayılıb.
 
RePost.Az əbər verir ki, mövzu ilə bağlı ARB süjet hazırlayıb.
 
Azyaşlı onu zorlayan şəxsin bu hadisə barədə heç nə danışmamasını çatdırdığını deyib: “Dedi ki, heç kimə demə”.
 
Daha sonra qız ona dərman verildiyini, ayılanda isə paltarlarının əynində olmadığını bildirib. O, belə hadisənin iki dəfə yaşandığını da qeyd edib.
 
Hadisə barədə danışan uşağın nənəsi Sənubər Şükürovanın sözlərinə görə, anası soğan yığmağa, çörək bişirməyə gedən zaman azyaşlı evdə tək olub və atalığı Qurban Fərəcov bundan istifadə edib.
 
Qeyd edək ki, zorlanmış qız əməliyyat olunub, əməliyyatla uşaq götürülüb. Ailə doğulan körpədən imtina edib.
 
Respublika Klinik Xəstəxanasının hamiləlik patologiyası şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ananın vəziyyəti yaxşı, uşağınkı isə ağırdır.
 
Fakt üzrə istintaq Cinayət Məcəlləsinin 149.3.3 (Zorlama, 14 yaşına çatmayan şəxsə qarşı törədildikə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə aparılır.


Baxış sayı: 3257 | Tarix: 31.10.2021
Bizi Telegramda izləyin: @repostaz