Əməkdar artist Cavanşir Məmmədov səmimi açıqlaması ilə gündəmə gəlib.
 
BAKU.WS xəbər verir ki, "Space" kanalında yayımlanan "Elin sözü" proqramında qonaq olan ifaçı evliliyi boyunca həyat yoldaşını bir dəfə vurduğunu etiraf edib:
 
"Bir həftə idi evlənmişdik. Gecə saat ikinin yarısı idi, toydan evə gəldim. Qapını açan kimi dedi ki, adam da bu vaxt evə gələr? Özümdən asılı olmayaraq arvadımı vurdum. Demirəm ki, düz etmişəm. Onu başa salmaq lazım idi.
 
Amma elə bir yerdən gəlirdim ki, hövsələm daralmışdı. Kişi evə gələndə qadın ürəyində deməlidir ki, şükür olsun, sağ-salamat gəldi. Ondan sonra qarşısına çay qoymalıdır, sonra deməlidir ki, necəsən? Mənim evimə gəlmisən ki, mənə qanun qoyasan? Yoxsa mənə göstəriş verəsən?"


Baxış sayı: 7893 | Tarix: 02.11.2021
Bizi Telegramda izləyin: @repostaz