Ermənistan KİV-də Qərbi Zəngəzurda vəziyyətin son dərəcə gərgin olaraq qalması barədə məlumat yayılıb.
 
RePost.Az "Oxu.az"a istinadən xəbər verir ki, hazırda 11 erməni hərbçi Azərbaycan əsgərləri tərəfindən saxlanılıb, 30 erməni hərbçi ölüb, 50-yə yaxın yaralı var, 100-ə yaxın hərbi qulluqçu itkin düşüb.
 
Həmçinin bildirilir ki, Qızıltəpə istiqamətində qızğın döyüşlər gedir.

Baxış sayı: 3352 | Tarix: 16.11.2021
Bizi Telegramda izləyin: @repostaz