Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyevlə Rusiyanın vasitəçiliyilə noyabrın 26-da Soçidə və Avropa İttifağının vasitəçiliyilə dekabrın 15-də Brüsseldə keçiriləcək görüşlər bir-birilə ziddiyyət təşkil etmir.
 
RePost.Az "Oxu.az"a istinadən xəbər verir ki, bu fikri o, onlayn mətbuat konfransı zamanı səsləndirib.
 
“Brüssel və Soçi görüşlərini bir-birinə qarşı qoymaq cəhdləri var. Burada heç bir ziddiyyət yoxdur. Çünki bizim tərəfdaşlarımızın faydalı ola biləcək vasitəçiliyindən imtina etməyə haqqımız yoxdur. Biz vəziyyəti sabitləşdirmək üçün onların kömək etmək istəyindən, bilik və təcrübəsindən istifadə etməliyik”, - deyə Paşinyan bildirib.

Baxış sayı: 1053 | Tarix: 24.11.2021
Bizi Telegramda izləyin: @repostaz