“Koronavirusa yoluxma göstəricilərinə əsasən, hazırda xəstəlik nəzarət altındadır. Amma bəzi məqamları qeyd etmək istəyirəm. Xüsusən qonşu ölkələrdə baş verən prosesləri nəzərə alsaq, yenə də ehtiyatı əldən verməməli, rahatlaşmamalıyıq”.
 
RePost.Az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, qarşıdan qış gəlir, havalar soyuyur, insanların qapalı məkanda daha çox zaman keçirməsi normal hal olacaq:
 
“Qışa hazırlıq olaraq buster doza vaksinini tövsiyə edirik. 4-cü doza ilə bağlı indidən fikir söyləmək tezdir. Pandemiyanın gedişində xəstəliyi öyrənirik. Xəstəlik ətrafında bütün dünyada araşdırmalar gedir. Biz də bu araşdırmaları sıx izləməyə, yeni məlumatlara tez zamanda reaksiya verməyə çalışırıq. Ölkədə vaksinasiya prosesi yaxşı gedir, prosesi müsbət qiymətləndiririk”.


Baxış sayı: 3675 | Tarix: 24.11.2021
Bizi Telegramda izləyin: @repostaz