Azərbaycan əsgəri həlak olub.
 
RePost.Az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Məlumatda deyilir:
 
Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçumuz əsgər Həsənov Nurlan Eldar oğlunun dekabrın 10-u axşam saatlarında qeyri-döyüş şəraitində həlak olması faktını təsdiq edirik.
 
Faktla bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılır.

Baxış sayı: 3447 | Tarix: 11.12.2021
Bizi Telegramda izləyin: @repostaz