Bakıda polis dönərdən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalara başlayıb.
 
Bu barədə RePost.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub. Hazırda Nəsimi Rayon Polis İdarəsində bununla bağlı araşdırmalar aparılır.
 
Qeyd edək ki, hadisə ötən gün “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verib. Həmin ərazidə gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə müraciət edib. Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə yeniyetmə olub.
 
Hazırda onlardan bəziləri orta-ağır, digərləri isə ağır vəziyyətdə müalicələri davam etdirilir. Bir nəfər isə artıq evə buraxılıb.

Baxış sayı: 3219 | Tarix: 13.12.2021
Bizi Telegramda izləyin: @repostaz