Dünən Azərbaycanda aparıcı ödəmə terminallarından biri olan “E-manat”ın sistemində problem yaranıb. “Azəriqazın” smart kart tipli sayğaclarının kartına pulun yüklənməsi mümkün olmayıb.
 
RePost.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən “E-manat”ın marketinq üzrə mütəxəssisi Ayşən Həsənova bildirib ki, problem aradan tam qaldırılıb.
 
O qeyd edib ki, “E-manat” terminallarında problem 16 yanvar səhər saatlarından başlayıb və dünən gecə saatlarınadək davam edib:
 
“Dünən günün sonunda mütəxəssislərimiz terminallarda yaranan problemi aradan qaldırıblar. Müştərilər “E-manat” terminallarına yaxınlaşaraq Azəriqaz ödənişini bərpa edə bilər. Qeyd edək ki, yalnız Azəriqaz, smartkart və NFC kartlarda problem olub. Bildirişli ödənişlərdə heç bir problem olmayıb”, - deyə mütəxəssis bildirib.

Baxış sayı: 3371 | Tarix: 17.01.2022
Bizi Telegramda izləyin: @repostaz