Rusiya ilə Ukrayna arasında müharibə baş verməsi regionun sabitliyini poza bilər. Türkiyə olaraq biz bunu qəbul etmirik.
 
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən bildirib.
 
“Rusiya-Türkiyə əlaqələri sülh şəraitində inkişaf edir. Ukrayna ilə də münasibətlərimiz çox yaxşıdır. Biz Rusiya və Ukrayna arasında sülhün əldə edilməsində vasitəçi ola bilərik”, - Türkiyə lideri vurğulayıb.
 
Qarşıdakı günlərdə Ukraynaya səfər edəcəyini xatırladan Ərdoğan diqqətə çatdırıb ki, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apara və yaxud da Moskvaya səfər edə bilər.
 
“Biz bölgədə sülhün hakim olmasını istəyirik”, - Türkiyə Prezidenti qeyd edib.

Baxış sayı: 4340 | Tarix: 21.01.2022
Bizi Telegramda izləyin: @repostaz