İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə daha 7 tibb müəssisəsi ilə müqavilə bağlayıb.
 
RePost.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova qurumun ötən ilki fəaliyyətinə həsr olunan brifinqdə deyib.
 
Onun sözlərinə görə, agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 27-dən 34-ə qədər yüksəlib.
 
Müqavilə imzalanan tibb müəssisələrinin siyahısını təqdim edirik:
 
1. Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs
 
2. Mərkəzi Klinik Xəstəxana
 
3. Caspian International Hospital
 
4. Respublika Diaqnostika Mərkəzi
 
5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi
 
6. Gəncə Beynəlxalq Xəstəxanası
 
7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası
 
8. Mərkəzi Neftçilər Xəstəxanası
 
9. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi
 
10. EGE Hospital
 
11. Sumqayıt Hospital
 
12. Avrasiya Hospital
 
13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi
 
14. Leyla Medical Center
 
15. Badam Medical Center
 
16. Lor Hospital
 
17. Məlhəm Beynəlxalq Hospital
 
18. “OKİ” Özəl Tibbi Müalicəxanası
 
19. “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (Zəfəran hospital)
 
20. Oksigen Klinik Xəstəxanası
 
21. Diaqnoz Tibb Mərkəzi
 
22. “Ortoped” Məhdud Məsuliyyətli Cəmiyyət
 
23. Mediland Hospital
 
24. Medera Hospital
 
25. Stimul Hospital
 
26. Medistyle Hospital
 
27. Batıgöz Medical Plaza Məhdud Məsuliyyətli Cəmiyyət
 
28. “Citolab” MMC
 
29. “ANES” MMC
 
30. “Salam Doktor” MMC
 
31. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası
 
32. İstanbul NS klinikası MMC
 
33. “Olimp-Hospital” Məhdud Məsuliyyətli Cəmiyyət
 
34. “ŞAMA” Məhdud Məsuliyyətli Cəmiyyət (KƏPƏZ HOSPİTAL)
 
Müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.
 
Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. 

Baxış sayı: 3333 | Tarix: 24.01.2022
Bizi Telegramda izləyin: @repostaz