2021-ci il iyulun 1-dən toy, nişan, ad günləri və digər şənlik mərasimlərinin keçirilməsinin monitorinqi diqqət mərkəzində saxlanılır.
 
Bu barədə RePost.Az-a Daxili İşlər Nazilyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, bu günə qədər respublika ərazisində 51853 şadlıq sarayı və digər obyektlərdə, fərdi evlərdə və həyətlərdə 2505 monitorinq aparılıb.
 
Monitorinqlərin 39779 sayda polis tərəfindən, 12074 sayda digər dövlət qurumları ilə birgə keçirilib. Aşkarlanan pozuntuların sayı 3369 təşkil edib, 44 cinayət işi başlanılıb. 
 
COVİD-19 pasportu olmadığına görə 64580 nəfər şənlik mərasimlərinə buraxılmayıb.

Baxış sayı: 4492 | Tarix: 24.01.2022
Bizi Telegramda izləyin: @repostaz